ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ Ukraynaya Rusiyadakı hədəfləri vura bilən raket sistemləri verməyi planlaşdırmır.

Tezadlar.az CNN-ə istinadla xatırladır ki, bu barədə dünən mayın 30-da “Reuters” məlumat yayıb. Jurnalistlər prezidentin bu məsələ ilə bağlı bəyanatından birbaşa sitat gətiriblər.
Qeyd edək ki, daha əvvəl Amerika mediası, xüsusən də NYT xəbər vermişdi ki, Ağ Ev Ukraynaya uzunmənzilli çoxillik raket sistemlərinin göndərilməsini təsdiqləyib və qərar bu həftə rəsmən elan oluna bilər. CNN isə Bayden administrasiyasının Ukraynaya daha böyük hərbi yardım paketinin bir hissəsi olaraq MLRS göndərməyə hazırlaşdığını bildirib. Pentaqonun sözçüsü Con Kirbi cümə günü buraxılış qurğularının verilməsi qərarının verildiyini təsdiqləməkdən imtina edib. Eyni zamanda, media mənbələrdən öyrənib ki, Ağ Ev Ukrayna ilə Amerika silahlarının, xüsusən də Rusiya Federasiyasının dərinliklərindəki hədəflərə qarşı istifadəsini məhdudlaşdırmaq üçün danışıqlar aparır.

Dünən isə Türkiyə prezidenti R.T.Ərdoğan Zelinski və Putinlə müharibəni dayandırmağın vacibliyini müzakirə edib. Lakin hələki konkret nəticə yoxdur...

A.Məmmədli