booked.netbooked.net booked.net  

Son 30 ildə havanın temperatur artımı zonalar üzrə müxtəlifdir – daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur – 1,4 dərəcə.

Bu fikirləri iyunun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin “Hirkan Milli Park”ına mediaturu zamanı ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru  Umayra Tağıyeva bildirdi.

“...Amerika, Almaniya və İngiltərə elmi – tədqiqat institutlarının tövsiyə etdiyi iqlim modelləri Azərbaycanda da tətbiq olundu.  Biz bunu Türkiyə Meteorologiya Nazirliyi ilə birgə icra etdik”, - deyə departament rəhbəri qeyd etdi.

 “Həmişə yay aylarında havalar isti keçib. Dəyişən yalnız isti günlərin davamiyyətidir. Hətta 1937-ci ildə də 41dərəcə temperatur qeydə alınıb. Nə dəyişib? İndi isti dövrün davamiyyəti artıb. Məsələn, 35 dərəcədən yüksək olan günlərin həm sayı - təkrarlanması, həm də davamiyyəti çoxalıb. Yəni elə olur ki, yüksək temperatur bir həftə belə davam edə bilir. Həmçinin əvvəlki dövrlərlə müqayisədə, indi gecələr də temperatur yüksək olur... Beləliklə, insan orqanizmi dincəlmir və istilik stresslərinə məruz qalır . Digər problem isə ondadır ki, biz sahilyanı ölkəyik. Temperatur yüksələndə dənizdə də buxarlanma artır - yüksək temperatur, yüksək rütubət. Bu iki komponent insan orqanizminə təsir edir. Lakin bir xoş xəbərimiz də var ki, bu ayın sonunadək  temperatur dəhşətli dərəcədə yüksək olmayacaq”, - deyə xəbərdar etdi.

Umayra Tağıyeva siklonlar yaranmadan - bir neçə ay əvvəlcədən verilən hava proqnozlarının ciddi informasiya sayılmadığını, özünü 50-60% doğruldacağını və  hazırda mobil telefonlarda verilən aylıq proqnozların ETSN-nin Milli Hidrometeorologiya Departamentinə heç bir aidiyyatı olmadığını vurğuladı.

“Bəzi insanlar elə bilir ki, bir neçə ay öncədən verilən bu proqnozları biz veririk. Telefonlarda olan hava proqnozları bizim verdiyimiz proqnozlarla üst-üstə düşmür. Bizim proqnozlarımız isə meteo.az saytında yerləşdirilir. Maraqlananlar bu sayta daxil olaraq havanın temperaturunu, yaxud baş verəcək təbiət hadisələri ilə bağlı radar məlumatlarını (2 saat öncə yerləşdirilmiş) radiometeorologiya  bölümündən öyrənə bilərlər. Lakin yaxın zamanlarda bizim də mobil tətbiqimiz olacaq”, - qeyd etdi.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN