Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrini elan edib.
Qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. Müsabiqə qaliblərini səmimi qəlbdən təbrik edirik! Amma...
***
Həm də qalib gəlməyənlərə səbr diləyirik. Belə çıxır ki, hər 3 iqtiqamət üzrə cəmi 8 QHT qalib olub, fəaliyyət göstərəcək. Niyə bu qədər aşağı göstəricidir? Ölkə üzrə bu rəqəm narahatlıq doğurmaya bilməz. Artıq sosial şəbəkə və saytlarda narazılıq baş alıb gedir.
Tanınmış araşdırmaçı jurnalist və QHT sahəsində təcrübəli olan Azər Həsrət də bu məsələyə toxunub. Sitat:"...QHT Agentliyi bu gün Şuşada (alqış sənə, Tanrım, bu günləri də gördük) “Şuşa ili”nə həsr edirlmiş qrant müsabiqəsinin qaliblərini elan edib. 227 iddiaçıdan 22-si qalib gəlib. Yəni yerdə qalan 205 QHT-nin layihəsi keçməyib. Bu isə o deməkdir ki, bu 205 təşkilatın yəqin ki, çox boyük bir hissəsi narazıdır. Narazı olmaqsa o deməkdir ki, birazdan sosial mediada tozanaq qopacaq. QHT Agentliyini yerdən-yerə vuracaqlar, hər cür tənqid edəcəklər. Qarışmıram bu işlərə. Sadəcə bir veteran QHT-çi kimi diqqətimi çəkən bir məsələni burda nəzərə çatdırıram. Qaliblərin siyahısına baxdım. Demək olar ki, 90 faizini şəxsən tanıyıram. İllərin QHT-ləri, təcrübələri və gördükləri işlərdən xəbərim var. Yəni onların qalib gəlmələri deyil, gəlməmələri şəxsən məndə sual doğura bilərdi. Bununla belə düşünürəm ki, qalib gəlməyənlərin də hamısı (onların siyahısı ilə tanış deyiləm) layiq olmayanlar deyil. Əminəm ki, onların arasında elə qaliblərin sayı, bəlkə də ondan da çox QHT var ki, qalib gəlmək üçün layiqdirlər. Amma nə edəsən ki, cəmi 22 layihə üçün maliyyə ayırmaq imkanı var. Kimlərsə qalib gələndə kimlərsə təbii ki, qalib gəlməyəcək... Qalibləri təbrik edir, onların işlərini gözləyirik...".
Deməli, narazıları da başa düşmək və gələcəkdə maliyyə vəsaitlərini artıqmaq lazımdır... Çünki vətəndaş cəmiyyətinin fəaliyyəti vacibdir, gərəklidir...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA