booked.netbooked.net booked.net  

Bolqarıstanın baş naziri Kirill Petkov bu gün Rusiya səfirliyinin 70 əməkdaşının casusluq fəaliyyəti ilə məşğul olduqları üçün ölkədən qovulduğunu açıqlayıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Bolqarıstanın "BGNES" agentliyi məlumat yayıb. Petkovun sözlərinə görə, qovulmuş rusların diplomatik pasportları olub, lakin onlar Bolqarıstan təhlükəsizlik xidmətlərinin müəyyən etdiyi “qeyri-adi fəaliyyətlərlə” məşğul olublar. Sitat: "Bu addımımız Rusiya xalqına qarşı təcavüz kimi qiymətləndirilməməlidir, amma biz buna məcbur idik... Qovulan rusların əksəriyyəti birbaşa xarici kəşfiyyat xidmətlərində çalışıb və onların diplomatik rolu pərdələnib. Bazar günü biz Moskvaya yola düşəcək 70 yerlik təyyarəni gözləyirik", - deyə Petkov bildirib.
Xatırladaq ki, bu, Rusiya diplomatlarının Bolqarıstandan ilk qovulması hadisəsi deyil.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN