booked.netbooked.net booked.net  

Nəhayət, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.

Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.  Bu razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq. Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək. NATO baş katibi Yens Stoltenberq də bildirib ki, bu gün Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa dəvət edilib-edilməməsinə qərar veriləcək.

Şübhəsiz, bu istiqamətdə uzun müddət idi davam edən siyasi müzakirələrdə Türkiyə öz sözünü dedi və haqlı şərtlərini Finlandiya və İsveçə qəbul etdirdi.

Türkiyənin bu qərarının üstündən isə İsveçin baş naziri bildirib ki, ola bilər ki, Türkiyə bu qərarından imtina etsin. Amma Ərdoğan isə qeyd edib ki, Türkiyə sözü bir dəfə deyir və qərarı da bir dəfə qəbul edir.

A.Məmmədli 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN