Azərbaycanın Gürcüstanla yaxın vaxtlarda quru sərhədini açacağına ümid edirik".

Tezadlar.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib. O qeyd edib ki, quru sərhədlərin açılması turizim sahəsinə böyük töhvə verən amillərdəndir. Səfir həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır və onların Azərbaycanla sıx əlaqəsi var. Odur ki, quru sərhədinin açılması olduqca zəruridir.

A.Məmmədli