booked.netbooked.net booked.net  

Kimlərsə insanların hərəkət zolağını zəbt edərək yolu kəsdi, etirazlar baş qaldırdı…

«Bakının Novxanı çimərliyində Prezidentin insanların gəzintisi üçün ayırdığı 50 metrlik yolu kəsən kimdir?». Professor Saleh Məmmədov bu sualla Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri İcra Hakimiyyətinə müraciət edib Professor narahatlıqla yazır: «…Bu video və şəkilləri nəzarətçi orqanların diqqətinə çatdırmaqda məqsədim Xəzərin çimərliklərində baş verən biabırçılıqları aradan qaldırmağa yardım etməkdir. Heç də inana bilmirəm ki, nəzarətçi orqanların xəbəri olmasın, çimərlik biznesi bir neçə məmurun nəzarətində olduğuna görə nəzarətçilər də çox vaxt aciz qalırlar. İctimailəşmə zamanı isə onların da işini xeyli yüngülləşdirə bilər. Foto və Videodaki görüntülər Novxanı çimərliyində, birbaşa Bakıdan gedəndə Sumqayıt tərəfə dönəndə ilk yabanı cimərlikdəndir.. Bu istiqamətdə Fatmayi- Sumqayıt marşurutu üzrə gündə minlərlə insan qış-yay dənizkənarı gəzintiyə çıxır. Bu çimərlik məkanının sahibləri sezon başlayandan belə qaba qamış comaları ilə dənizin içərisinə qədər bağladılar. Bir neçə dəfə insanların etirazına baxmayaraq daha da kobud formada irəlilədilər. Köhnə, nimdaş taxtalarla tam dənizin içərisinə qədər yolu hər tərəfdən kəsdilər. Sumqayıt İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və digər çoxsaylı nəzarət orqanlarının bu biabırçılıqdan xəbəri var, çünki hər cür nəzarətçi orqanın nümayəndələri bu gəzinti yolunun xidmətindən istifadə edirlər, amma səslərini çıxara bilmir. Qanun, qayda, çimərlik qaydaları kimin uçündür?».

Bəli, Bakıda ən eybəcər addımlardan-əməllərdən biri şəhərin mərkəzindəki parkları zəbt edib göydələn tikməklə paytaxtı tıxaclara məhkum etmədirsə, digəri çimərlik həyasızlığıdır! Kimlərsə Xəzər dənizini cəddi-babasından qalma mülk gözündə görür. Və istədiyi hoqqaları tətbiq edir, dənizi hasarlayır. Maraqlıdır ki, kimsə də tədbir görə bilmir. Niyə? Bu hasar çəkənlər, ağacları zəhərli maddələrlə qurudanlar, park zəbt edənlər kimlərdir???

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN