“Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq. Bu, Rusiya üçün də çox faydalıdır. Çünki onun açılması nəticəsində Türkiyə ilə Rusiya bir-biri ilə Azərbaycan - Zəngəzur dəhlizi vasitəsilə əlaqə yaradacaq”.

Tezadlar.az Ria-Novosti-yə istinadla bildirir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Rusiyalı politoloq regionda beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından sonra bölgədə vəziyyətin necə dəyişəcəyindən də danışıb: “Şimal-Cənub” və “Qərb-Şərq” nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın Xəzər regionu ilə bağlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Eyni zamanda bu, Azərbaycana tranzit ölkə kimi yüksək gəlir əldə etməyə imkan verəcək”.

S.Markov Azərbaycanın Xəzər regionundakı bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu vurğulayıb. Regionda yeni siyasi mənzərənin formalaşması zərurətini kaş, Ermənistanda daha tez başa düşələr... Çünki Ermənistanda siyasilər özləri də anlayır ki, ölkənin xilası şantaj və işğalçı niyyətlə qətiyyən uzlaşmır... 

A.Məmmədli


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA