...Dünya mətbuatı Ukraynada döyüşməkdən imtina edən rus əsgərləri barədə yetərincə məlumat paylaşır...

Belə ki, tezadlar.az dünya Belorus mediasına istinadla bildirir ki, "...Rusiyanın Pskov paraşütçüləri Belarus ərazisinə gətirilib, bundan sonra döyüş əməliyyatlarında və işğala cəhddə iştirak etmək üçün Ukraynaya doğru irəliləməli olublar. Lakin rus hərbçiləri bu komanda planını həyata keçirməkdən kütləvi şəkildə imtina ediblər, bundan sonra onlar Pskovdakı əvvəlki kazarmalarına qaytarılıblar". Bu barədə Belarusiya nəşri "Naşa Niva"da, eləcə də yerli "Pskov quberniyası" Telegram kanalının əsas müəllifinin məlumatında bəhs edilib.

 Nəşr yazır ki, Pskovdan olan 60-a yaxın hərbçi Ukrayna ərazisində döyüşməkdən imtina edib. Əvvəlcə onlar Belarus ərazisinə gətirilib, lakin belə bir demarşdan sonra Pskovdakı dislokasiya yerlərinə qaytarılıb. Hazırda hadisənin dəqiq tarixi məlum deyil, ola bilsin ki, söhbət martın ikinci yarısından gedir. Eyni zamanda, “Pskov quberniyası”nın hesabatında döyüşməkdən imtina edən hərbçilərin sayı göstərilmir. Sitat: "Hərbi qulluqçuların sayı ilə bağlı deyə bilmərəm, lakin PG-dən gələn xəbərdən sonra keçən həftə bu uşaqlardan bir neçəsini Belarusdan Pskova aparan sürücüyə rast gəldim, mən onu şəxsən tanıyıram. Bu məlumat yoxlanılır. Yenə deyirəm - hesab edirəm ki, hərbi qulluqçular ilk növbədə öz vətənlərini hücumdan qorumalı, öz ölkələrinin hüdudlarından kənarda dar bir qrup insanların (və ya bəlkə də bir nəfərin) imperiya niyyətində iştirak etməməlidirlər".

Bəli, Ukraynada döyüşməkdən imtina edən rus hərbçilərinin sayı durmadan artmaqdadır. Bu gün isə Avropa İttifaqı rəsmlərinin birgə iclasında bəyan edilib ki, Ukraynada döyüşməkdən imtina edən rus hərbçilərinə Avropa ölkələrində vətəndaşlıq veriləcək.

Nərgiz Məmmədzadə

(Polşa, "Təzadlar" üçün)