Vətəndaş təəssübkeşliyi həmişə aktualdır.
TEZADLAR.AZ xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polkovnik leytenant Elşad Hacıyev bildirib.
Xidmət rəisi qeyd edib ki, Abşeron rayonu Hökməli qəsəbəsində antisanitar vəziyyət aradan qaldırıldı.
"Polis aidiyyəti qurumları #təmizsax - laya təşviq edir. #təmizsaxla aksiyası davam edir", - deyə qeyd edib.
Biz də polisin bu təşviqinə qoşulur və həm aidiyyatı qurumları, həm də Azərbaycanın bütün vətəndaşlarını təmizliyə dəvət edirik. Hər kəs yaşadığı ünvanı- məhəlləni, küçəni, ümumilikdə isə səyahət etdiyi hər bir guşəni təmiz saxlasa, ilk növbədə özü bundan qazanclı çıxacaq. Təmiz ekologiya sağlamlıq deməkdir - ona görə də hər günümüz "təmiz saxla" aksiyası keçirirmiş kimi olmalıdır.
JASMİN