"6 il "Komedixana"da çalışdım. Biri var işçi, biri də var qardaşlıq etmək. Orada qardaşlıq etmişəm: həm maddi, həm mənəvi. Gözütox adamam, mənim üçün yoldaşlıq o şeydən üstündür".
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz "Qapqara" yutub layihəsində deyib. Sənətçi "Komedixana"dan ayrılma səbəbini açıqlayıb:
"Sumqayıtda konsert verməli idik. İlk dəfə atamın vəfatı ilə bağlı teatrda xatirə gecəsi olacaqdı. Bir gün layihə rəhbərinə zəng vurdum ki, xatirə gecəsi ilə konsertin biri üst-üstə düşürdü. Teatrda truppa rəhbərinə dedim ki, 25-də mənə icazə ver. Dedilər ki, Ramiz Novruzun ad günüdür, xatirə gecəsidir, orada olmalısan. Konsertin layihə rəhbərinə dedim ki, 25-də atamın xatirə gecəsində olmalıyam. Dedi ki, edə bilmərik. Dedim, məni başqası əvəz etsin, digər günlərdə özüm oynayacağam. Gördüm yox, israr etdi. Düşündüm ki, belə həssas mövuzudur, müqəddəs heç nə qalmadı. Elə bil mənə sillə vurdular ki, bəsdir. İnsanlar öz mənafeyinə görə hər şey edir. Həmin an məsələni yerində bitirmək istədim. Dedim ki, bir-birimizə mane olmadan işi dayandıraq.
Əvvəl "Komedixana"ya həvəsli idim. Sonra dəyişikliklər oldu, hamı parçalandı. Yaradıcılıq ikinci planda qaldı. Fikir verdim ki, qruplaşma yarandı. Məndə də soyuqqanlılıq yaranmışdı".
axşam.az