Artıq bir sıra ölkələrdə belə uşaqlar arasında qızılca xəstəliyi yayılıb və Dünya Səhiyyə Təşkilatı SOS siqnalı verib...

Azərbaycan da bu xəstəlikdən yan keçməyib. Tezadlar.az bildiri ki, bu dəfə Kürdəmirin 7 məktəbində şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. Artıq məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraitində davam etdirilir, vəziyyətləri stabildir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoxulma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib. Mərkəzi Aran Regional Təhsil İdarəsi hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə müvafiq tapşırıqlar verib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal xəstəxanaya müraciət etməsi,eyni zamanda qızılca əleyhinə peyvənd olunmaları tövsiyə olunub.

 Şübhəsiz ki, bu xəstəliyin uşaqlar arasında yayılmasınının səbəbi bəllidir. Lakin xəstəliyin baş vermə səbəbi aydınlaşdırılmalıdır... Bu işdə profilaktika əsas şərtlərdən biridir. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN