Astara şəhərinin M.Rəhimov küçəsində fiziki şəxs Həbibov Azər Balacan oğluna məxsus “Köhnə Qala” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, qida obyektində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrə qoruyucu tor örtük vurulmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin mövcud olmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin edilmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN