Böyük Britaniya, ABŞ və Aİ hüquqi cəhətdən məcburi olacaq süni intellektdən (Sİ) istifadəyə dair ilk beynəlxalq müqaviləni imzalamağa hazırlaşır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Məlumata görə, söhbət Avropa Şurasının “iki il ərzində 50-dən çox ölkənin, o cümlədən Kanada, İsrail, Yaponiya və Avstraliyanın nümayəndələri tərəfindən hazırlanmış” sənədindən gedir.

Müqaviləni imzalayan bütün tərəflər “Sİ sistemlərində hər hansı zərərli və ya ayrı-seçkilik yaradan məzmuna görə məsuliyyət daşıyacaqlar”. Buna əsasən, “bərabərlik və şəxsi toxunulmazlıq hüququnu” pozan materialların nümayişi qadağandır.

Böyük Britaniyanın elm, innovasiya və texnologiya naziri Piter Kayl qeyd edib ki, “İnnovasiya süni intellekt kimi sürətlə inkişaf edir və bizim bütün dünyada oxşar ilk addımı atmağımız vacibdir”. “Bu, bu sahədə real tədbirləri təmin edən və çox fərqli ölkələri bir araya gətirən dünyada ilk müqavilədir””, - Kayl deyib.

Müqavilə layihəsi hökumətlərin "sürətlə inkişaf edən süni intellekt proqram təminatına nəzarət etmək üçün" bir sıra yeni qaydalar, öhdəliklər və razılaşmalar hazırladığı bir vaxtda hazırlanıb. Bunlara Avropa Süni İntellekt Aktı (2024) və ötən ilin oktyabrında razılaşdırılmış Yeddilik Qrupu (G7) sazişi daxildir. Keçən ilin noyabrında Böyük Britaniyada süni intellektin təhlükəsiz istifadəsi üzrə ilk sammitində ABŞ və Çin də daxil olmaqla 28 ölkə Süni İntellektin Təhlükəsiz İstifadəsi üzrə Bletçli Bəyannaməsini imzalayıb.

Avropa Komissiyasının Avropa Dəyərləri və Şəffaflıq üzrə sədr müavini Vera Jourova bildirib ki, “bir çox beynəlxalq tərəfdaşlar sazişi imzalamağa hazırdır”. AK sədrinin müavini əlavə edib ki, yeni sənəd “Sİ tətbiqlərinin dizaynı, inkişafı və istifadəsi üçün mühüm addımlar təqdim edir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN