11 sentyabr 2001- ci il –Düz 23 il bundan əvvəl Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı terror aktı həyata keçirilmişdir.
Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.
Rəsmi məlumatlarda bildirilirdi ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.
Terrorçular müntəzəm reyslər yerinə yetirən dörd sərnişin avialaynerini zəbt edərək onları Nyu-Yorkda Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Vaşqinqtonda Pentaqonun binasına yönəldiblər. Ehtimal ki, onlar Kapitoliyanın və ya Ağ evin binasına uçmağa cəhd göstəriblər. İndi artıq məlumdur ki, sonuncu təyyarə hədəfə çatmayıb, çünki bir qrup cəsur sərnişin terrorçuları zərərsizləşdirməyə nail olub və təyyarə Pensilvaniya ştatında yerə çırpılıb. Terror aktları nəticəsində 2977 nəfər həlak olub, 19 terrorçu ölüb, 24 nəfər itkin düşüb.
Terrorun hədəfi
Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir. Müstəqil blokda yerləşən Bina 7 də daxil olmaqla 7 binadan ibarət kompleksə 2001-ci il sentyabrın 11-də çox ağır zərbə vuruldu. Dünyanın ən böyük ofis binası sayılan Pentaqon Amerika Birləşmiş Ştatlarının ürəyi hesab edilir. 11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü. Pentaqonda yerləşən Dünya Ticarət Mərkəzi dünyada iki ən yaxşı müdafiə olunan binadan biri hesab edilirdi. Geriyə qalan mənzərə isə misli görülməmiş bir dəhşətdir. 11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verdi. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan ilk öncə Cənub qülləsinin partlayışına şahidlik etdi. Onlar Dünya Ticarət Mərkəzinin tamamilə dağılacağı haqda heç bir fikri olmayan, binanın ətrafına yığışan çoxlu sayda yanğınsöndürən və tibb işçilərindən ibarət fövqəladə hallar zamanı yardıma gələn insanlar idilər. Cənub Qülləsinin şəkil və videoları Şimal qülləsinin dağılması haqqında ətraflı sübutlar verir. Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalandı və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrildi. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.
Federal Təhqiqat Bürosunun araşdırması
Federal Təhqiqat Bürosu 3 gün içində təyyarə oğrularının siyahısını tərtib etdi. Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlamışdı. Talibana qarşı cavab hücumu tezliklə baş verdi. Federal Təhqiqat Bürosu Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlatdı. Şübhəlilər 72 saat içində müəyyənləşdirildi, çünki onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə təşəbbüs etmişdilər. Onlar təyyarədə Amerika vətəndaşı olmayan sərnişinlər arasında demək olar ki, yeganə ərəb sərnişinlər idilər və bu da Federal Təhqiqat Bürosuna doğum tarixi, viza statusu, yaşayış yeri kimi məlumatlardan istifadə edərək şübhəli sərnişinlərin kimliyini müəyyənləşdirməyə imkan verdi. 2001-ci il sentyabrın 27-də Federal Təhqiqat Bürosu 19 təyyarə oğrusunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yayımladı. Şübhəli təyyarə oğruları Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər
Terrorla mübarizə
Hücumdan sonra Corc Buş administarsiyası Osama Bin Laden və Əl Qaidə təşkilatının ədalətə təslim olunmasi və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-nin beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-islam təbliğatının aparılması üçün bəhanə oldu.
2001-ci il sentyabrın 20-ində prezident Buş ABŞ Konqresinin birgə sessiyasında 11 sentyabr günü baş verən hadisələr, 9 günlük xilasetmə və bərpa cəhdləri və 11 sentyabr terroruna qarşı cavab tədbirləri haqqında danışdı. Zərər çəkənlərin ailələrini və həyatda qalanları maliyyə yardımı ilə təmin etmək məqsədilə hücumların qurbanlarına yardım etmək üçün böyük miqdarda pul ayrıldı, xeyriyyə cəmiyyətləri yaradıldı.
2002-ci ilin sonunda terror aktlarına qarşı hazırlıq və təxirəsalınmaz tədbirlər üçün Tomas Kinin rərbərlik etdiyi Birləşmiş Ştatlarda Terror Aktları üzrə Milli Komitə (9/11 Komitəsi) yaradıldı. 2004-cü il iyulun 22-də Komitə özünün 9/11 Komitə məruzəsini yayımladı.
Təqdim etdi: Şakir QURBANOV