Hər iki ölkənin liderləri danışıqlar aparacaq, sonra bəyanatlarla çıxış edəcəklər.

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə rəsmi səfərə gəlib,.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumət administrasiyasında rəsmi qarşılanma mərasimi olub. Paşinyanı Gürcüstan Nazirlər Kabinetinin rəhbəri İrakli Kobaxidze qarşılayıb.

Sonra hər iki dövlətin baş nazirləri danışıqlara başlayıblar.

Kobaxidze qeyd edib ki, Tbilisi İrəvanın qonşuları ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini alqışlayır.

O vurğulayıb ki, Gürcüstan öz imkanları daxilində regionda sülhün və sabitliyin əldə olunmasında, eləcə də mövcud problemlərin aradan qaldırılmasında üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, Paşinyan gürcü həmkarına Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, eləcə də sərhədlərin delimitasiyası prosesi ilə bağlı müzakirələrin təfərrüatlarını təqdim edib.

İrakli Kobaxidze regionda sülhün və sabitliyin bərqərar olması və möhkəmləndirilməsi naminə Ermənistan və Azərbaycan arasında sülhə yönəlmiş addımları alqışlayıb.

Gürcüstanın baş naziri bir daha ölkəsinin iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Nikol  Paşinyan bu il ikinci dəfədir ki, Tbilisiyə gəlib. Bundan əvvəl o, yanvar ayında strateji tərəfdaşlıq haqqında sənədi imzalamaq üçün bu ölkəyə səfər etmişdi.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN