Növbəti görüşümüz bu gün Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. TEZADLAR.AZ xəbər veriri ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib.
"Görüş zamanı 10-dan çox vətəndaşımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Müraciətlər mənzil təminatı, məşğulluq, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Oktyabrın ikincisi yarısında Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər", - deyə qeyd edib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN