Pandemiya durğunluğundan sonra Gürcüstanda turizm gəlirləri artmaqda davam edir.

Belə ki,   2024-cü ilin ilk səkkiz ayında ölkənini turizmdən əldə etdiyi gəlirləri 11%-dən çox artıb və ilin sonuna qədər Gürcüstana rekord məbləğdə vəsait - 4,4 milyard dollar gətirə bilər.

Cari 2024-cü ilin səkkiz ayı ərzində Gürcüstana 3,6 milyard dollar vəsait daxil olub ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.

Bunu Galt & Taggart investisiya şirkətinin analitikləri hesablayıblar.

TEZADLAR.AZ Gürcüstan KİV-nə  istinadən xəbər verir ki, yüksək yay turizm mövsümünün başa çatmasına baxmayaraq, ölkədə turizmdə azalma müşahidə olunmur - təkcə sentyabr ayında ölkənin bu sahədən gəlirləri 7,4% artaraq 450 milyon dollara çatıb.

Galt & Taggart-ın proqnozlaşdırdığı kimi, ölkə ilin  sonuna qədər turizmdən 4,4 milyard dollar qazana bilər.

Xatırladaq ki, pandemiyadan əvvəlki 2019-cu ildə Gürcüstan 9,3 milyondan çox səyahətçi qəbul edərək 3,3 milyard dollar gəlir əldə edib.

 Bununla belə, pandemiya onların axınını 2020-ci ildə dayandırdı - bu, 1,7 milyonu keçmədi və 2021-ci ildə bu göstəricilər bir qədər yaxşılaşdı və keyfiyyət sıçrayışı yalnız 2022-ci ildə baş verdi: Gürcüstan 5, 4 milyon turist qəbul etdi və ölkə büdcəsi bundan 3,5 milyard dollardan çox gəlir əldə etdi.

Onu da nəzərinizə çatdıraq ki, 2023-cü ildə Gürcüstanda turizm gəlirləri 17,3% artaraq 4,1 milyard dollar təşkil edib.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN