"BEYNƏLXALQ ƏLİLLƏR CƏMİYYƏTİ" HESABAT TƏDBİRİ KEÇİRDİ
Aprelin 19-da "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin ümümrespublika üzrə hesabat tədbiri keçirildi. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının binasında keçirilən tədbir zamanı toplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.