booked.netbooked.net booked.net  

“Nazirin son  müsahibəsi mənə daha çox Maarif nazirinin müsahibəsini xatırlatdı...”

Xəbər verdiyimiz kimi, bir müddətdir yaşı 50-dən yuxarı olan müəllimlərin sertifikasiyaya cəlb olunması ətrafında qızğın müzakirələr gedir. Hətta bir neçə gün öncə  Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin böyük elmi işçisi, professor Qubad İbadoğlu müəllimlərin sertifikasiya məsələsi ilə bağlı irad və təklifini bildirmişdi. O, 52 yaşdan sonra qadınlarda, 57 yaşdan sonra isə kişilərdə yaddaş zəifliyinin yaranmasını, kurikulumu zəif mənimsədiklərini, gənc müəllimlərlə birgə imtahana qatılmalarının ədalətsiz olduğunu əsas gətirərək, pensiya yaşlarının azaldılmasını təklif etmişdi.

ADPU-nun dosenti İlham Əhmədov da mövzu ilə bağlı KİV-ə açıqlama verib.

Q, bildirib ki, ölkəmizdə son 10 ildə təhsil islahatı dedikdə, yalnız müəllimlərin müxtəlif formatda davamlı imtahanları başa düşülür.

“Son nəsil təhsil məmurlarımız hesab edirlər ki, təhsil sadəcə qiymətləndirmə deməkdir. Nədən söhbət gedirsə, ilk növbədə qiymətləndirmə, imtahan nəzərdə tutulur. Elə deyil, təhsil öyrətmə deməkdir. Öyrətmə olmadan nə qiymətləndirmə?”, - deyə İlham Əhmədov vurğulayıb.

O, əvvəlcə müəllimlərin peşəkarlığını artırmağın vacibliyini  və bunun həlli yollarını göstərib.

“Əvvəl  müəllimlərin hazırlığı ilə məşğul olmaq lazımdır. Müəllimlərin hazırlıq səviyyəsini, peşəkarlığını yüksəltmək üçün müasir texnologiyalar əsasında onların fasiləsiz təhsil sistemini qurmaq, ilkin hazırlıq (subbakalavr və bakalavr pilləsi) sistemini təkmilləşdirmək  zəruridir. Əgər Diaqnostik Qiymətləndirmə və ya Sertifikasiyadan sonra müəllim hazırlığı səviyyəsi yüksəldilməsi üzrə iş aparılmırsa, bunun heç bir faydası olmaz. Bu kimləri isə işdən çıxarmaq, başqaları ilə əvəzləmək (bəzən də uğursuz) məqsədi daşıyırsa, prosesin təşkili də, xüsusilə müsahibə mərhələsi kifayət qədər  müəmmalı olursa, onda bunun təhsilə xeyri olmaz”,-  bildirib.

 İlham Əhmədov yaşlı, amma hələ təqaüd yaşına çatmamış müəllimlərə həssas yanaşmaq lazım olduğunu və təhsilin keyfiyyətini yüksəltmək üçün adekvat addımlar atılmalı olduğunu da dilə gətirib.

“Hesab edirəm ki, 20 il  və daha çox pedaqoji stajı olan müəllimlər heç bir sertifikasiyaya məruz qalmamalıdır. Təcrübəli müəllimlərin, təhsil işçilərinin təhsilə yad kadrlar tərəfindən sertifikasiya edilməsi ağlabatmaz fikirdir”, -qeyd edib

 Pedaqoq daha sonra təhsil nazirinin müsahibəsinə diqqət çəkib: 

“Təhsil naziri Emin Əmrullayev bu ərəfədə öz müsahibəsində deyirdi: “Təhsilin fundamental problemlərinin işıqlandırılması azlıq təşkil edir. Təhsil islahatları ilə bağlı daha çox fikirlər irəli sürülməli və nəticə əldə eldə edilməlidir. Maarifləndirmə sahəsində düzgün çağırışlara cavab vermək lazımdır”.

Mən çox istərdim ki, Təhsil Nazirliyi mövcud olan problemlərdən, onların həllindən danışsın, müzakirələr aparaq. Nazirin son  müsahibəsi mənə daha çox Maarif nazirinin müsahibəsini xatırlatdı. Nə ali təhsildən, nə peşə təhsilindən, nə rəqəmsal təhsildən, nə təhsilin elmi təminatından, nə tədqiqat universitetlərindən, nə də təhsilin inkişafı (təmir-tikinti yox) üçün investisiyalardan heç bir şey deyilmədi. Təhsil Nazirliyi 30 ildir Maarif Nazirliyi statusunda işləyib, belə də davam edir.  Əgər qiymətləndirmə təhsil üçün bu qədər doğma işdirsə, təklif edirəm əvvəl nazirliyin 20 illik fəaliyyətini qiymətləndirək”, - deyə ismarıc göndərib...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN