booked.netbooked.net booked.net  

İyulun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) Kollegiyasının 2022-ci ilin ilk yarısındakı fəaliyyətinə dair iclas keçirilib.

Qurumdan əldə etdiyimiz məlumata görə, iclasda Azərbaycanda 992 dini qurumun qeydə alındığı bildirilib.

Eyni zamanda, toplantıda Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Türkiyə, Orta Asiyadakı dini məktəblərlə əlaqələri barədə məlumat verilib.

Həmçinin, iclasda Aİİ-nin fəaliyyətinə də toxunulub. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda hazırda 272 tələbə təhsil alır.

İnstitutun öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə birgə uyğun layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda 2022-ci ilin ikinci yarısında komitə tərəfindən görüləcək işlər, o cümlədən rəy və təkliflər nəzərdən keçirilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN