booked.netbooked.net booked.net  

 Süni qiymət artımına kimlər rəvac verir?

 Məlum olduğu kimi, uzun müddət Dövlət Gömrük Komitəsinin fəaliyyəti  ilə bağlı çoxsaylı narazılıqlar olub. Bir müddət əvvəl komitənin sədri Səfər Mehdiyev də vəzifəsindən uzaqlaşdırılıb. Lakin yenə də narazılıqlar səngimir...

Bu günlərdə “Təzadlar” qəzetinin saytında gömrük postundakı  özbaşınalıqlarla bağlı “İpək Yolu” Gömrük Postunda Səfər Mehdiyevin adamları necə at oynadır?” başlıqlı yazı da dərc edilmişdi (https://tezadlar.az/index.php/en/video-news/journalists/elcin-memmedli/10991-%E2%80%9Ci%CC%87p%C9%99k-yolu%E2%80%9D-g%C3%B6mr%C3%BCk-postunda-s%C9%99f%C9%99r-mehdi%CC%87yevi%CC%87n-adamlari-nec%C9%99-at-oynadir.html).

Ötən gün tanınmış vəkil Aslan İsmayılov da Gömrük Komitəsi ilə bağlı ona məlum olan faktları paylaşıb və iradlarını bildirib.

 Aslan İsmayılov vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Tıhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi məlum generalların həbsi əməliyyatlarından, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra əmin idim ki, heç kimin cürəti çatmaz iş adamlarına qanunsuz tələblər irəli sürsünlər.

“Bu günlərdə də komitəyə sual ünvanladım ki, əgər ekoloji faktor əsasdırsa, onda necə olur, 2021-ci il istehsalı olan 50 min ABŞ dollarlıq 2.0 litr hibrid-benzin avtomobilin idxal gömrük rüsumu (4 min AZN) tam elektrik avtomobil rüsumundan (12 min AZN) 3 dəfə azdır. Elə həmin gün səhifəmə bir müraciət daxil olub. Komitənin yeni rəhbərliyindən xahiş edirəm məsələyə münasibət bildirsinlər.

"E-gov.az portalı vasitəsilə hər zaman etdiyimiz kimi bütün ödənişləri həyata keçirib yükün yoxlanılmasına görə inspektorun ayrılması üçün müraciət etdik və bizə inspektor ayrıldı. İnspektorla danışan kimi bizə bildirdi ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən tapşırılıb ki, maşın gəldiyi terminalda açılıb tam boşalmalıdır. Normalda isə qanunvericiliyə əsasən, inspektor bizimlə anbarımıza yaxınlaşıb yükə baxış keçirirdi. Yükün “İpək Yolu” Terminalında tam yoxlanışa boşaldılması isə iş adamına hər yük maşını üçün əlavə 700-800 manat xərc deməkdir. Bu da avtomatik olaraq gətirilən malların qiymətinə təsir edərək süni qiymət artımına gətirib çıxarır. Məsələni araşdırdıqda isə bəlli oldu ki, bu işlərə ödənilən pul heç dövlət büdcəsinə də getmir. Hansısa "Ramal-Trans" adlanan şirkətə ödənilir".

Dünyanın krizisdə batdığı bir dövrdə, daşınma xərclərinin rekord vurduğu bir zamanda iş adamlarından süni maneə yaratmaqla əlavə pul tələb etmələrə son qoyulmalıdır. Mən başa düşə bilmirəm, Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur, yoxsa onlar toxunulmazdır?!”, - deyə vəkil qeyd edib.

 Yəqin ki, vəkil Aslan İsmayılovun bu sualına cavab verən tapılacaq...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN