“Sən orada yaşasan da, vətəndaşı olsan da, övladın, hətta övladının övladı da həmin kodla qəbul ediləcək. Sən Fransalı ola bilmirsən...”-  Karolin Lauren Turunç

***

...Təəssüf ki, dünyanın bir çox ölkələrində əcnəbilərə qarşı antipatiya var. Əgər türksənsə, bu ikiqatına yüksəlir. Fransa erməni diasporasını çox dəstəkləyir.  Erməni diasporu çox güclüdür. Bütün hüquqları qorunur. Biz bir türk olaraq onlara qarşı səsimizi çıxara bilmirik. “Erməni soyqırımı olmayıb”  söyləmək ixtiyarına malik deyilik. Bu sözü söyləmək Fransada qadağan edilib (Fransa Milli Assambleyası 2011-ci ildə qondarma “erməni soyqırımı”nı  inkar edənlərin  cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul edib. Qanuna görə, qondarma soyqırımı inkar edənlər 1 ilə qədər həbs və ya 45 min avro pul cəzası verməli idi – red.) Ermənilər Fansanın dəstəyinin fərqindədilər və buna görə də istədikləri kimi fəaliyyət göstərə bilirlər.

Bunu Fransada yaşayıb fəaliyyət göstərən, dünyaca məşhur türk əsilli yazar Karolin Laurent Turunç TEZADLAR TV-nin qonağı olarkən Fransada erməni diasporasının üzvlərinin orada yaşayan türk əsilli insanlara qarşı vəhşiliklərinə,  ölkəmizin bu ölkədəki səfirliyinin binasına vandalcasına  hücumuna, ermənilərin Fransanın himayəsində olması barədə məsələyə münasibət bildrərkən deyib.

O, Fransada türklərə qarşı ikili standartlardan yanaşıldığını dilə gətirib:

“Söylədiyim kimi, biz türk olaraq sanki suçluyuq , çünki TÜRKÜK! İstənilən qədər təhsilli olun, ən tanınmış, adlı-sanlı təhsil ocaqlarının məzunu olun, nömrəniz – 99-dur... Mən həm Türkiyə vətəndaşıyam, həm də Fransada ikinci vətəndaşlığım var. Lakin Fransada hansısa bir banka getdiyimdə, yaxud başqa bir quruma üz tutduqda mən Fransa vətəndaşı kimi qəbul edilmirəm: əsas doğulduğun ölkənin kodudu. Sən orda yaşasan da, vətəndaşı olsan da, övladın, hətta övladının övladı da həmin kodla qəbul ediləcək. Sən Fransalı ola bilmirsən”, - deyə o, bildirib.

Xatırladaq ki, Karolin Laurent Turunç Türkiyədə doğulub və sonradan Fransaya köçüb.

Karolin xanım  doqquz uşaqlı bir ailənin beşinci övladıdır. O, ilk əsərini 15 yaşında yazmağa başlayıb. Lakin o dövrdə valideynləri onun çapına icazə vermirlər, qardaşı və anası əlyazmanı -  qaralamanı məhv edirlər. Lakin bu hadisə onun yazmasına mane ola bilmir. Üsyankar şair şeirlərində də haqsızlıqdan, ədalətsizlikdən, insanlara olan sevgisindən... bəhs edib. İlk dərc etdiyi iki kitabını da Türkiyədə yardım dərnəklərinə bağışlayıb. Və hələ də satılan bütün kitablarının gəliri həmin dərnəklərə yönəldilib.

Xeyirxah və yardımsevər şair  2013-cü ildən indiyədək 1500-dən çox şeir yazıb, xaricdən çoxlu sertifikatlar alıb, 40 yerli və xarici antologiyada iştirak edib. 2020-ci ildə dərc etdiyi “Çöl Zambağı” və "Şarkla Şamal arası" kitabları onu dillərdə dastan etdi. Həmin ildə Rumıniyada təşkil olunmuş şeir müsabiqəsində 2575 şairin şeirləri sırasında onun şeiri bəyənildi və yarışmanın ikincisi oldu.

 2021-ci ildə Çinin Yan şəhərində keçirilən poeziya festivalında mükafat alıb və Çinin Şimal-Qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən inşa edilən “Dünya Şair Ədəbiyyatı Muzeyi”nə seçilib və bir il ərzində nəşr olunmaq hüququ qazanıb.

2021 Galaxia Beynəlxalq Nəşr olunmamış Şeirlər Mükafatında Çili və İspaniyada münsiflər heyətinin üzvü olub. Livanda keçirilən Beynəlxalq Ədəbi Poeziya Müsabiqəsində 80 ölkədən 3217 şair iştirak edib və şeiri 2021-ci ildə “Sülh şeiri” elan edilib. Türkiyədə yerləşən Humanitar Yardım təşkilatında Beynəlxalq Federasiyanın Paris nümayəndəsidir, “ÖZGÜR İFADE” qəzetinin İstanbul köşe yazarıdır. Çoxlu sayda humanitar qurumların üzvüdür. Dünyanın bir çox ölkələrində təşkil olunan müxtəlif tədbirlərində iştirak edib və etməkdə davam edir. Qəlbi vətəni Türkiyə və Azərbaycanla döyünən şairin yaradıcılığında ölkəmizə qarşı haqsızlıqlardan bəhs edilən şeirləri də yer alıb. Siyasi məzmunlu,  türklərə xitabən yazılmış çox möhtəşəm “Kaydet” şeirində Azərbaycanın da adı çəkilir.

Sevilən şair hazırda Fransanın paytaxtı Parisdə yaşayır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA