...Bakıya gəlməyi çox arzulayırdım.

Çünki mənim  kino və teatr cameəsində o qədər Azərbaycanlı dostlarım varkı: bədii rəhbər, rejissor, geyim dizayneri... Onlarla o qədər yaxın münasibətdə olurdum ki, Azərbaycanlı qardaşlarımı çox sevirdim və Azərbaycana- Bakıya gəlməyi də çox istəyirdim. Biz burda sanki öz evimizdəyik. Burada özümüzü Türkiyədəki kimi hiss etdik.

Bu fikri Türkiyənin məşhur  kino və serial ulduzu, aktrisa Sebahat Adalar “TEZADLAR TV”-nin efirində bildirib.

“...Çox sevgi dolusunuz, çox qonaqpərvərsiniz, qəlbiniz çox açıqdır. Ötən gün Xan qızı Natəvanın kötücəsi Fəridə xanım  məni öz evinə qonaq çağırdı (Xan qızı Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xan nəslindən, Bilqeyis xanımın   kötücəsi Fəridə xanım Hicran -Vəliyeva, AMEA-nın Türk Xalqları Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, folklorşünas alim, AYB üzvü – red.) və boynumdakı mirvarini də  mənə hədiyyə etdi”, - deyə tanınmış aktrisa minnətdarlıqla bildirib.

Sənətçi qeyd edib ki, bir müddət əvvəl Moskvada film Festivalına dəvət edilib və orada mükafata layiq görülüb.

“...Orada 4 gün qaldıq. Mən Moskvanı da çox bəyəndim. Bakıda keçirilən Beynəlxalq Konfransa isə Sülh elçisi olaraq gəldik.

 Mən 25 il sosial məsuliyyətli  layihələrdə çalışmışam: yardlmsevərlər dərnəyində, küçə uşaqlarını qoruma dərnəyində və bir çox sosialyönümlü dərnəklərdə uzun illər xidmət etmişəm. Hətta mənim idealım rahibə Tereza (Tereza ana -red) idi. Uşaqlığımdan bəri o qadının heyranı idim. Mən bu Konfransa rəfiqəm Karolin Turunç tərəfindən dəvət edildikdə “mən bir rahibə Tereza olmaq istəmişdim, tez bu tədbirə gəlməyim lazımdır” söylədim. Konfransda da çıxış etdim. Şüarım burada da eynidir, Moskvada da eyni fikri söylədim: Yaşasın sevgi və sülh! Müharibəyə yox deyirəm! Qan tökülməsin, zülm edilməsin! Mən də öz sənətimlə insanların eyni səviyyədə yaşamalarını, hər uşağın gözəl bir həyata layiq olduğunu, hər bir insanın buna layiq olduğunu, dünyanın hamımıza bəs edə biləcəyini, qardaş kimi yaşamaqdan vaz keçməməli olduğunu, dünyanın “xərçəng”iyik təbiəti çirkləndirməməli olduğumuzu, bunun uşaqlara aşılanmasının ilk olaraq ana-atalar, qohumlar tərəfindən evdə öyrədilməli olduğunu, uşaqlara təbiəti sevməyi, mərhəməti, paylaşmağı öyrətməliyik. Hər canlının bu möhtəşəm planetdə yaşamaq haqqının olduğunu bilərək övladlarımızı böyütsək, bu sosial məsuliyyətli layihələrə belə ehtiyac olmaz. Ədalətli olmağımız lazımdır və bu ölkədə itirdiyimiz qardaşlarımız  (Azərbaycanda - red) üçün də ötən həftə bayramınız oldu. Buradan bayramınızı təbrik edirəm (8 Noyabr – Zəfər Bayramı - red). Bir daha acılarınız olmasın, sizin kədəriniz bizim kədərimizdir”,-  deyə ustad sənətkar bildirib.

Qeyd edək ki,  kino və serial aktyoru, həmçinin dublyaj sənətçisi Sebahat Adalar 9 fevral 1954-cü ildə Türkiyənin Adana şəhərində anadan olub. Bursa Böyükşəhər Bələdiyyəsi Konservatoriyasında Türk Musiqisi və Dram Aktyorluğu ixtisası üzrə təhsil alıb. O, həmçinin Yalova Xalq Təhsil Mərkəzində əl sənətləri, Mərsin Qız Peşə Liseyində rəssamlıq təhsili də  alıb.

 Sebahat Adalar bir müddət Mərsində teatr tamaşalarında oynayıb. 1993-cü ildən etibarən kamera qarşısına keçərək - Gerçek Kesit, Kurtlar Vadisi, Akasya Durağı, Bilal-ı Habeşi, İslam Bülbülleri, Bizim Hikaye, Kaşke Hiç Böyüməsəydik, Rem kimi film və seriallarda müxtəlif rolları ifa edib. O, həm də dublyaj artisti kimi fəaliyyət göstərir.

Tanınmış aktrisanın rol aldığı filmlər Azərbaycan auditoriyasına da tanışdır və ölkəmizdə də yetəri qədər tanınır və sevilir.

  Rol aldığı film ve seriallar:

  Sir-Ayet: Ölü Dogan (Sinema Filmi 2021)

50M2 (TV Dizisi 2021)

Rem (Sinema Filmi 2020)

Sahir Deep Web (Sahir, Sinema Filmi 2020)

Hayatta Olmaz (Sinema Filmi 2019)

Üç Harfliler: Adak (Sinema Filmi 2019)

Bizim Hikaye (TV Dizisi 2019)

Keşke Hiç Büyümeseydik (Gülsüm, TV Dizisi 2018)

Sinsiran: Yasak Aşk (Sakine,  Sinema Filmi 2017)

Siccin 4 (Rahime, Sinema Filmi 2017)

Söz (TV Dizisi 2017)

Sahipli (Kevser, TV Dizisi 2017)

Bünyamin (Emine, TV Filmi 2016)

Deliha (Cemal Erkeksi Teyze, Sinema Filmi 2014)

Bi O Kalmıştı (Pempe Nine, Sinema Filmi 2014)

İslam Bülbülleri (Hüsniye, TV Filmi 2013)

Seksenler (TV Dizisi Bohçacı, 2013-2016)

Hz. Ömer'in Doğuşu (Hantame, TV Filmi 2012)

Leyla ile Mecnun (TV Dizisi Çiçekçi, 2011-2012)

Alemin Kıralı (TV Dizisi Münevver, 2011-2012)

Öyle Bir Geçer Zaman ki (TV Dizisi Döne, 2010)

Yahşi Cazibe (TV Dizisi 2010)

Mahpeyker Kösem Sultan (Natır Sümbül, Sinema Filmi 2010)

Kılıç Günü (TV Dizisi 2010)

Küstüm Çiçeği (Şaziment, TV Dizisi 2010)

Kanıt (TV Dizisi Anne, 2010)

Gesi Bağları (TV Dizisi 2010)

Cümbür Cemaat Aile (Mürvet, TV Dizisi 2010)

İstanbul Çocukları (TV Dizisi 2009)

Şampiyon Dedem (Sabahat, TV Filmi 2008)

Süper Kardeşler (Anne, TV Filmi 2008)

Sonsuz Merhamet (Henna'nın Komşusu, TV Filmi 2008)

Kollama (TV Dizisi Büyücü, 2008)

Karamel (Dilşat, TV Dizisi 2008)

Bilal-i Habeşi (Malik in Karısı, TV Filmi 2008)

Akasya Durağı (TV Dizisi Üfürükçü, 2009)

İlk Aşkım (TV Filmi 2007)

Ölümsüz Kahramanlar (TV Dizisi 2007

Semazen (Hatice, TV Filmi 2007)

Güzel Günler (Nadire, TV Dizisi 2007)

Genco (Fatma, TV Dizisi 2007)

Fikrimin İnce Gülü (TV Dizisi 2007)

Selena (Çiçekçi, TV Dizisi 2006)

Doktorlar (TV Dizisi 2006-2008)

Arka Sokaklar (TV Dizisi Güllü, 2009)

Ihlamurlar Altında (Kezban, TV Dizisi 2005)

Hırsız Polis (TV Dizisi 2005-2006)

Gümüş (Falcı, TV Dizisi 2005)

Eski Yara (Gülsen, TV Filmi 2005)

Beşinci Boyut (TV Dizisi 2005)

Aşkın Mucizeleri (TV Dizisi 2004)

Ah Be İstanbul (Tomris, TV Dizisi 2004)

Sultan Makamı (Bohçacı, TV Dizisi 2003)

Kurtlar Vadisi (TV Dizisi 2003)

Keloğlan (Kalaycı, TV Dizisi 2003)

Ekmek Teknesi (TV Dizisi 2002)

Çiçek Taksi (TV Dizisi 1995)

Gerçek Kesit (Anne, TV Dizisi 1993).

 

Y.MƏMMƏDLİ