booked.netbooked.net booked.net  

Bu dəqiqələrdə Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlərinin növbəti konfransı keçirilir...

Tezadlar.az Vəkillər Kollegiyasının saytına istinadla bildirir ki, Bakıda baş tutan konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak edirlər. Əvvəlcə 2017-2022-ci illər üzrə VK-nın hesabatı dinləniləcək. Daha sonra gündəliyə uyğun olaraq seçkilər keçiriləcək, VK Rəyasət Heyəti sədri, müavinləri və üzvləri, eyni zamanda Vəkillərin İntizam Komissiyasının sədri və tərkibi seçiləcək. 

Hazırda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov konfransda hesabat məruzəsi ilə çıxış edir.. 

Konfransda bir sıra məsələlər müzakirə ediləcək. Ümumi ictimai rəy də belədir ki, Anar Bağırovun fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın vəkillik institunun işində böyük dönüş yaranıb, vəkillərin hüquq və vəzifələrinin praktik icrasında mühüm irəliləyişlər vardır. Eləcə də məhkəmə və istiqntaq orqanları ilə qarşılıqlı fəaliyyətdə qanunun yol verdiyi bütün imkanlardan səmərəli istifadə səviyyəsi yüksəlib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN