booked.netbooked.net booked.net  

Ermənistan daha bir sərsəm iddiada bulunmaqdadır: 30 illik işğalı, qətl və 1 milyondan çox köçkünlüyü  "unudub" indi də Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham edir...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu ilin yanvarın 5-də Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyini sübut edən iddia ərizəsi daxil olub. Maraqlıdır ki, qəflətən yuxudan ayılan ermənilər də yanvarın 23-də məhkəməyə Ermənistan tərəfdən eyni oxşar iddia daxil ediblər.  
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan bildirib ki, yanvarın 23-də Yerevan Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycan tərəfindən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nın kobud şəkildə pozulmasını təsvir edən memorandum təqdim edib. Öz növbəsində Azərbaycan da analoji memorandum təqdim edib. Sitat: “2023-cü il yanvarın 23-də Ermənistan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nın müddəalarının kobud şəkildə pozulmasını təfərrüatlı şəkildə əks etdirən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nın şərhi və tətbiqi haqqında memorandumu Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya” Azərbaycan tərəfindən onilliklərdir pozulur...”.

Təsəvvür edin, həyasızlıq o dərəcədə olmalıdır ki, belə bir yalanı təqdim edəsən? Qərbi Azərbaycandan yüz minləırlə Azərbaycan türkünü min illərdir yaşadıqları yurd-yuvalarından qovan Ermənistan, 1989-cu uldən 1993-cü ilədək rus ordusunun köməyi ilə Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, 1 milyona yaxın Qarabağ bölgə sakinlərini 2020-ci illin 44 günlük Zəfər müharibəsinədək öz torpağına buraxmayan da Ermənistan və onun mənfur siyasi liderləri. Və dünya ölkələri və dünya ictimaiyyəti də bilir ki, bu gün Azərbaycanda, Qarabağ da daxil, 30-40 min erməni yaşadığı halda, Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü yoxdur. Müsəlman əhalimizin ermənilər tərəfindən yurdundan qovulması, öldürülməsi isə yalnız onların xristian olmamaları və türk olmaları ilə bağlı olmuşdur. Azərbaycan Xarici İşlər Nazirliyinin son məlumatında da rəsmi Bakının memorandumu 30 ilə yaxındır davam edən ayrı-seçkiliyə dair minlərlə səhifəlik sübutlardan ibarətdir. Və rəsmi Bakı azərbaycanlılara qarşı erməni tərəfinin etnik zəmində törətdiyi qətl və köçkünlük hallarını sübut edən sənədlər və sübutlar da təqdim edib.
Beləliklə, yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyaya əsasən Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Haaqada dinləmələr keçiriləcək. 

A.Məmmədli

xocali-4

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN