booked.netbooked.net booked.net  

Neçə gün əvvəl Respublika Seysmoloji Mərkəzin şöbə müdiri Tahir Məmmədli bu məsələyə aydınlıq gətirdi. Amma... Mütəxəssisin sözlərinin dəqiq izahı belə idi: Abşeron yarımadası aktiv zəlzələ ocağına düşmür, amma yaxın ərazilərdə 7-8 bal gücündə zəlzələ baş verərsə, təbii ki, bunun təsiri Bakıda özünü pis göstərə bilər.
İkincisi, mütəxəssis aydın şəkildə bildirdi ki, quru ərazilərlə sulu, sahilyanı ərazilərin zəlzələ gücü fərqli olur, yəni, sulu ərazilərdə zəlzələ 1 bal artıq gücə malik olur.
 Onu da xatırladaq kiş Bakıda zəlzələ 100-150 ildən bir olur. Sonuncu zəlzələ 2000-ci ildə oldu. 6.8 bal. Müddət 22 saniyə. İnşallah, bir də 100 ilə heç nə olmaz. Bir də lap əvbəlki zəlzələ 1842-ci ildə Bakının Maştağa kəndində olub. Hər iki zəlzələ gecə vaxtı baş verməyib. Maştağa zəlzələsi (1842) 22.00-da, Bakı zəlzələsi (2000) 21.20-də. Ümumilikdı isə, indiyədək Bakıda heç bir güclü zəlzələ gecə baş verməyib.
Allah özü kömək olsun, amma ev tikən MTK sədrlərinə də ağıl və savad, bir də insaf versin... 
A.Məmmədli
(Şəkildəki bina Bakının mərkəz hissəsində tikilib. Buju tikənə və ona sərəncam verənə nə deyəsən?!).
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN