44 günlük müharibənin qəhrəmanlarından biri-Quliyev Əvdil Qardaşxan oğlunun 31 iyulda anadan olan günü idi. Yaşasaydı, 48 yaşı tamam olardı. Amma o da minlərlə azərbaycanlı kimi canını,qanını Vətənə fəda etdi,şəhidlik zirvəsinə yüksəldii.

Əvdil Qardaşxan oğlu Quliyev 31 iyul 1972-ci ildə anadan olmuşdu. Hərbi müəllim idi. Baş leytenant Əvdil müharibənin əvvəlindən axırına kimi döyüşmüş, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Qələbə zəfərimizi görmək ona nəsib olmadı. Amma canını-qanını Vətən uğrunda əsirgəməyən Əvdil kimi igidlərimizin sayəsində Şuşamız işğaldan azad oldu. Allah sənə rəhmət eləsin,əziz qardaşımız! Məkanın cənnət olsun! Vətən sizin qəhrəmanlığınızı heç vaxt unutmayacaq.

Şakir QURBANOV