Türkiyənin NTV telekanalı xəbər verir ki, vəziyyət dəyişməsə, İstanbulu təmin edən su anbarlarında su ehtiyatı iki ay müddətinə saxlanılır.

Çərşənbə günü doluluq dərəcəsi 33,37% - 289 milyon kubmetrdən çoxdur. Son iki həftə ərzində şəhər orta hesabla sutkada 3-3,5 milyon kubmetr su sərf edib.

Şəhərin 91 günlük ehtiyatı var, lakin suyun 25%-nin buxarlandığını nəzərə alsaq, o, cəmi 61 gün davam edəcək. İki həftə ərzində suyun səviyyəsi 4%-dən çox azalıb.

Hava proqnozlarına görə, yaxın on gündə İstanbulda yağıntı gözlənilmir və hava +30...+32 dərəcəyə qədər istiləşəcək, quraq hava şəraitinin payızın ortalarına qədər davam edəcəyi ehtimal edilir. Bununla bağlı vətəndaşlardan suya qənaət etmələri xahiş olunur.

E.ŞİRİNOV