Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinə çoxsaylı təbriklər daxil olmuşdur.

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Təzadlar"a verilən məlumatda DSX-yə daxil olan təbriklərlə bağlı yayılan məlumatda deyilir: "...Sərhədçilərə ünvanlanmış təbrik və xoş sözlərə görə Dövlət Sərhəd Xidməti adından dərin minnətdarlığımızı bildiririk.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasətinə və onun rəhbərliyi altında əldə edilən qələbələrə əsaslanaraq, vətəninə, dövlətinə, Prezidentinə xidmət edən hər bir Azərbaycan sərhədçisi bundan sonra da şərəflə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi, həmçinin inkişafı naminə səy və bacarığını əsirgəməyəcək, müqəddəs sərhədlərimizin keşiyində daim ayıq-sayıq duracaqdır!"

"Təzadlar"ın çoxsaylı oxucuları və yaradıcı kollektivi adından bu təbrilklərə qoşulur və sərhədçilərimizə xidmətdə daha böyük uğurlar arzulayırıq"

https://dsx.gov.az/news/1579