Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində sözün böyük mənasında tarixi qələbəsini başa çatdırdı, təcavüzkar dövlətin 30 ildən çoxdur Qarabağda davam edən işğalçılığına son qoyuldu, Şuşada Azərbaycan bayrağı dalğalandı. Ardınca bu ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Türkiyə Prezidenti sayın R.T.Ərdoğanın iştirakı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Paradı təntənəli şəkildə keçirildi, müharibədə şəhid olanların xatirəsi yad edildi, qazilərə "Qələbəniz mübarək!" deyildi.
Tezliklə Ermənistanın 30 ildir işğal edərək viran qoyduğu ərazilər bərpa ediləcək. Sonra isə qəsəbələr, küçələr, meydanlar, idarə və müəssisələr qəhrəmanların adını daşıyacaq, şəhidlərin xatirəsinə abidələr ucaldılacaq. Bu tarixi daha da əhəmiyyətli edən amillərdən biri də Qarabağın azadlığı üçün vuruşan qəhrəman döyüşçülərin igidliyini əbədiləşdirən, onların bu zəfərini tarixləşdirən bir döyüş yolu olmuşdur: Füzulidən Şuşaya qədər olan döyüş yolu, hansı ki, Azərbaycanın zəfər zirvəsində-Şuşada bayrağımızın dalğalanması ilə nəticələnmişdir.
Rusiyanın Petrovski Elmlər Akademiyasının üzvü, yazıçı-publisist, bioenerji ilə müalicə həkimi Hikmət Ramixanov (Хикмет Рамиханов, Член Петровской Академии Наук, писатель, публицист, биоэнерготерапевт) "Təzadlar"a göndərdiyi təklifi ilə diqqətimizi çəkdi. Hikmət Ramixanov Azərbaycanın Qarabağdakı tarixi zəfəri ilə əlaqədar sonsuz sevincini xalqımızla bölüşdüyünü yazır: "...Mən bir sülhsevər, təcavüzkarlığı lənətləyən ictimai xadim olaraq Rusiyadan Sizi salamlayıram, Azərbaycan xalqını və Ali Baş Komandan İlham Əliyevi, Azərbaycanın igid əsgərlərini ürəkdən təbrik edirəm. Eyni zamanda bir təklifim var: bu tarixi zəfərin yolu Füzulidən bağlayaraq Şuşada tamamlandı. Mətbuatdan oxudum ki, Füzulini Şuşa yolu ilə birləşdirən əsas yolun çəkilişinə başlanılıb. Tarixdə daha möhkəm izi qalsın deyə, təklif edirəm ki, bu yol "Zəfər yolu" adlandırılsın!".
Maraqlı təklifdir və inanırıq ki, təkliflər sırasında müzakirələr olanda Hikmət Ramixanovun da bu təklifi nəzərdən keçiriləcək".
12.12.2020

GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA