Daha bir market alıcıları aldatmaqla məşğuldur.

Tezadlar.az saytına müraciət edən alıcı bildirib ki, "Araz Market"-dən diş pastası alıb. Bu zaman o saktakarlıqla üzləşib. Belə ki, vitrində diş pastasının qiyməti 2.55 qəpik olub. Amma kassaya yaxınlaşan zaman 2.55 qəpikdən deyil, 2.69 qəpikdən vurulub. Nəticədə, alıcı 2.55 qəpik əvəzinə, 2.69 qəpik ödəməli olub.

Məsələ ilə bağlı alıcı etirazını bildirsə də, ona cavab verməli olan marketin məsul şəxsi  tapılmayıb.

Həmin məhsulun və qəbzin fotosunu təqdim edirik:

20230920_192003

20230922_133409

E.ŞİRİNOV