Konfederasiyadan "Təzadlar"a göndərilən müraciətdə deyilir:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI MəclisininAzərbaycan Respublikasının Prezidenti,

Ali Baş Komandan cənab İlham Əliyevə

MÜRACİƏTİ

Hörmətli cənab Prezident!

Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycandövləti bu gün Sizin müdrik idarəçiliyiniz sayəsində inkişafının ən yüksəkmərhələsindədir. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı ardıcılinkişaf Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli dövlətəçevirib. Sizin xarizmanız, siyasət elmini dərindən bilməyiniz, xarici ölkələrləmünasibətlərin qurulmasında inkişafında sərgilədiyiniz yanaşma, ölkəmizinbeynəlxalq nüfuzunu artırıb, Azərbaycana etibarlı tərəfdaş imici qazandırıb. Siznadir liderlərdənsiniz ki, xalqımıza verdiyiniz bütün vədləri vaxtında dəqiqyerinə yetirmisiniz. Bu gün Azərbaycan vətəndaşı olaraq fəxrlə deyirik ki, bizsiyasi sabitliyin, əmin-amanlığın, tolerantlığın bərqərar olduğu, bütün sahələrdətərəqqinin ən uca zirvəsinə can atan bir ölkədə yaşayırıq.

Müzəffər Ali Baş Komandan!

Son 200 illik tariximizdə qazanılan ən böyük qələbənin müəllifi Sizsiniz. Üç il öncə Sizin bilavasitə rəhbərliyinizlə haqq savaşına qalxan Azərbaycanın cəmi44 günə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdəyeni səhifə açdı. Baş Sərkərdə olaraq işğal altındakı torpaqlarımızın xilaskarıoldunuz, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdınız. Uzun illərbeynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı ErmənistanSizin hərbi-siyasi diplomatiyanız Azərbaycan ordusunun gücü qarşısında dizçökdü. Müharibə başa çatdıqdan dərhal sonra Qarabağ Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə başladınız. Qürurla deyirik ki, Azərbaycan yalnız öz iqtisadiqüdrəti, yəni heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan Böyükqayıdış proqramını həyata keçirir. Soydaşlarımızın köç karvanı dədə-babayurdlarına - Qarabağa, Zəngəzura doğru hərəkət edir. Bu mənzərəni seyr etmək hərbir azərbaycanlını qürurlandırır.

Cənab Prezident!

İşğalçı Ermənistanın məğlubiyyətindən keçən 3 il müddətində Azərbaycanınsəylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə doğru gəlmədi. Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlifyollarla çirkin əməllərini davam etdirməyə çalışdı. Qarabağda qeyri-qanunicinayətkar rejimin qalıqları da mütəmadi olaraq hərbi təxribatlara əl atır, Azərbaycanı yeni müharibəyə çəkməyə can atırdılar. Törədilən bütün təxribatlaraAzərbaycan Ordusu Sizin rəhbərliyinizlə tutarlı cavablar verdi. QisasQətiyyətli cavabəməliyyatları bunun bariz nümunələridir.

Düşmən təxribatlarına baxmayaraq, ölkəmiz öz hədəfinə doğru addım-addımirəlilədi. Azərbaycan dövləti bu il aprelin 23- Laçın rayonunda sərhəd-buraxılışməntəqəsini yaratmaqla ərazi bütövlüyünü bərpa etmək əzmini ortaya qoydu.

Düşmənin son dövrlər döyüş mövqelərini möhkəmləndirməsi, quldurdəstələrini silahlandırması, kəşfiyyat fəaliyyətlərini genişləndirməsi, minalardantəmizlənmiş ərazilərin mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidənminalanması kimi əməlləri Azərbaycanı tədbir görməyə məcbur edirdi. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü planlı terror siyasətinindavamı olaraq sentyabrın 19-da xain düşmənin mina terroru nəticəsində mülkişəxslər Daxili İşlər Nazirliyinin əməkdaşları həlak oldu. Açıq görünürdü ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu sülh sabitliyə ciddi təhlükədir. Odur ki, şanlı Azərbaycan ordusu üçtərəfli bəyanatınmüddəalarının təmin olunması, genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlılarının tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbiinfrastrukturunun zərərsizləşdirilməsi, mülki işçilər hərbi qulluqçularımızıntəhlükəsizliyinin təmin olunması Azərbaycanın konstitusiya quruluşunun bərpaedilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Yenilməz Ordumuz cəmi bir günə bu missiyanı da uğurla başa çatıraraqseparatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini, Ali Baş Komandan olaraq Sizin qətiyyətinizi sərkərdəlik məharətinizigöstərdi. Xalqımız həmişəki kimi, Sizin ətrafınızda dəmir yumruğa döndü, bütövoldu göstərdi ki, güc birlikdədir.

Möhtərəm cənab Prezident!

Xalqımıza yaşatdığınız növbəti qələbəyə görə, Sizə dərindən təşəkkür edirik. Düşmənlərimizin bizə qarşı hazırladıqları bütün çirkin planlar, o cümlədən DağlıqQarabağ Respublikasıxülyası tarixin arxivinə gömüldü. Biz öz torpaqlarımızınsahibiyik, ölkəmizin bütün ərazisində Dövlət Bayrağımız qürurla dalğalanır, suverenliyimiz bərpa olunub. İnanırıq ki, Sizin rəhbərliyinizlə dövlətimizin xalqımızın daha böyük nailiyyətləri hələ qarşıdadır. Çoxminli həmkarlar ittifaqlarıüzvləri həmişə olduğu kimi,  Sizin ətrafınızda sıx birləşmişdir. Sizi tamdəstəkləyirik, daim yanınızda olacağımıza söz veririk!

 AHİK-in VI Məclisinin iştirakçıları

Bakı şəhəri,

28 sentyabr 2023-cü il

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN