Bakı sakinləri və şəhərin qonaqları bu səhəri yenə qanqaraldan faktla yola verməli oldu...

Tezadlar.az bildirir ki, paytaxtın aşağıda siyahısını təqdim etdiyimiz yolları keçilməzdir... DİN- nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də çarəsiz qalıb. Bu da keçilməz yollar. Bakının icra sahibləri isə illərdir susur. Barama qurdunun gününə düşüb özü- özünə tələ quran paytaxt, sanki idarə edilmir: 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

15. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.