Polşada ağır cinayət törədən Gürcüstan vətəndaşı Telman Namazoğluna ömürlük həbs cəzası verilib.

Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, Polşanın Lodz Məhkəməsi onu 24 yaşlı həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilib. Məlumata əsasən, 44 yaşlı kişi 24 yaşlı həyat yoldaşını amansızlıqla qətlə yetirib. İstintaq nəticəsində məlum olub ki, 3 uşaq anası T.Namazoğlu ilə daimi psixoloji və fiziki zorakılıq şəraitində yaşayıb. Rozeta Kaliçavanın qətlinə məhz dözülməz reallıqdan qaçmaq cəhdi səbəb olub. Gənc qadın uşaqları ilə birlikdə Gürcüstana qayıtmağı planlaşdırıb, ancaq zorakı ərindən qaça bilməyib. 44 yaşlı kişi arvadını soyuq silahla qətlə yetirib, izlərini gizlətmək üçün isə kirayədə qaldığı mənzili yandırmağa cəhd edib.

İndi Namazoğlu ömrünün sonunadək həbsxanada qətli niyə törətdiyinin əzabını çəkəcək...

A.Məmmədli