Bu gün Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxır...

Tezadlar.az CBC-Sport-a istinadla bildirir ki, komanda Almaniyada "Bayer 04" komandası ilə üz-üzə gələcək. "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunu

14 mart

00:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Entoni Teylor.

Leverkuzen, "BayArena".

İlk oyun - 2:2.

Komandamız daha bir ilkin bir addımlığındadır. İnanırıq ki, bu ilkə imza məhz bu gün atılacaq...

A.Məmmədli