Xəbər verdiyimiz kimi, dünən Türkiyədə bələdiyyə seçkilərinə yekun vuruldu və hakikiyyıt partiyası bu seçkidə ikinci oldu...

Tezadlar.az TRT1-ə istinadla bildirir ki, "Yaxın 4-5 il ərzində partiya (Ədalət və İnkişaf Partiyası (AKP) - Qeyd) və administrasiya buraxılmış səhvləri düzəldəcək",- deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı əlavə edib:  "Ötən il başlayan ümumi və bələdiyyə seçkiləri marafonu bu gün başa çatıb. Hələ dörd ildən çox vaxtımız var. Bu dörd-beş ildə biz daha çox ölkəmizin aktual problemlərinə, xüsusilə zəlzələdən zərər çəkmiş rayonların bərpasına, iqtisadi problemlərimizin həllinə diqqət yetirəcəyik. Millətin seçkilər zamanı bizə verdiyi mesajları mümkün qədər dəqiq və obyektiv təhlil etmək üçün lazım olan hər şeyi edəcəyik. Biz bir daha xalqımıza və bütün Türkiyəyə söz veririk - 85 milyonluq vətəndaşımızın hər birinin rifahını, əmin-amanlığını, təhlükəsizliyini və ümidlərini yaxşılaşdırmaq üçün yorulmadan çalışacağıq".

Bəli, hakim partiyanın son illərdə bütün sahələrdə olan uğurlarda danılmaz imzası var. Lakin siyasi platformada buraxılmış bəzi səhvlər tezliklə aradan qaldırılmalıdır...

A.Məmmədli