Bu gün Azərbaycanda yeni tədris ili başladı.

Əslində dərslər “Bilik Günü”ndə, yəni 15 sentyabrda başlamalı olsa da, həmin gün istirahət gününə təsadüf etdiyindən sentyabrın 16-da başlanası oldu.

TEZADLAR.AZ xəbər veriri ki, yeni dərs ilinin başlanmasını həm müəllimlər, həm də şagirdlər səbirsizliklə gözləyirlər. Ən çox sevinən və həyəcanlanan isə məktəbə ilk dəfə qədəm qoyan birincilərdir.

Hələ məktəbə, müəllimlərinə öyrəşməyə macal tapmayan bu balaca fidanların bəziləri valideynlərindən ayrılmaq istəmir. Lakin onların çox səbrli, təmkinli, anaları qədər sevimli müəllimləri bir müddət sonra onların bu çəkingənliyini, qorxusunu dəf edəcək və ailədən, uşaq bağçasından məktəbə, sinfə, yoldaşlarına adaptasiya olmalarına yardımçı olacaqlar.

ders-m1

Qeyd edək ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində I siniflərə 132 mindən çox uşaq qəbul olunub.

Belə təhsil müəssisələrindən biri də paytaxtın Xətai rayonunda yerləşən 263 saylı orta məktəbdir.

263-mekteb

Bu gün uzun müddətli yay tətilindən sonra doğma məktəb qapılarını şagirdlərinin üzünə açıb. Bu məktəbdə də yeni dərs ilinin başlanması münasibətilə təntənəli tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Meydançaya  üçrəngli bayrağımız gətirilib. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

bayraq-mekteb

Daha sonra söz məktəbin direktoru, əməkdar müəllim Nurqələm Bayramovaya verilib.

Nurqələm müəllimə şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, onlara müvəffəqiyyətər arzulayb. O, çıxışı zamanı Azərbaycanın tarixi Zəfərindən danışıb. Və bu qələbəni bizə yaşadan şəhidlərimizi ehtiramla anıb, qazilərimizə can sağlığı arzulayıb, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra tədbir şagirdlərin ifasında səsləndirilən şeirlərlə yekunlaşıb -birincilər üçün ilk zəng şalınıb.

ders4

Yolunuz uğurlu olsun əziz şagirdlər!

Xatırladaq ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

 263-sayli

JASMIN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN