Nizami Süleymanoğlu

Yaxud, bildiyi qədər anlayan, anladığı qədər bilər...

...Özgür, müstəqil olmayan adama da, xalqa da yetərli etibar edilməz. Gerçək özgürlük zəkanın sonucu - nəticəsi olaraq ciddilikdir, səmimiyyətdir. Gerçəkçi olmayan saxta olur. İnsan da, xalq da özü-özünə kömək olmalıdır. Onlara özündən başqa özü kimi kömək edən olmaz.

Azərbaycan xalqının problemi onu həll etmək üçün özündən deyil, başqalarından kömək istəməkdədir. Xalq israrçı, inadçı ola bilmir. Xalq özünü ifadə edə bilmirsə, bu özgürlüyün fərqli məhdudluğundandır. Özünü ifadə edə bilməmək - özü olmamaq, inamsızlıq və özgələşməyin təsdiqidir.

...Xalq dünyadan köçənlərinin də mübarizəsinin varislik yükünün məsuliyyətinə cavabdeh olduğunu, sanki unudub, anlamır. Azərbaycan dərdini dünya siyasəti, gedişatı fonunda dərk eləmir. Problem odur ki, xalqın beyni düzgün istiqamətləndirilməyib. Ona görə də proses və hadisələrə nəzarətini də itirib.

Böyük manipulyasiyalar silsiləsidir. Anlamanın limiti intellektual qabiliyyətlə və psixoloji vəziyyətlə əlaqəli olur. Onları birləşdirmək şərtdir. Bildiyi qədər anlayan, anladığı qədər bilər. Çünki bilənlərin qavrama qabiliyyəti də artmış olur. Yetər ki, bildiklərin gerçək ola.

Ata-oğul Əliyevlər xalqın zehin (beyin) xəritəsi ilə ortaq məxrəc yaratmağın biliciləridir. Ona görə üstün oldular. Bu, təhlildən öncə elmi məsələdir.

Biliyin təhlükəsizliyi qidanın tə

hlükəsizliyi qədər əhəmiyyətlidir. Azərbaycanlıların beyninə çox uzun illərdir ki, saxtalıqlar yeridilib.

Deyirlər urra... Elçibəy rus qoşunlarını qovdu. Anlaşılmadı ki, nə arxiv açıldı, nə də ki, KQB-nin gizli cəbhəsi fəaliyyətini dayandırdı... Hər şey nəzarətdə qaldı və tarixi nəticə göz qabağında.

Uzaq zamanla yaxın zaman əlaqələri birləşəndə gizlilik özündən açılır. Öyrənib bilmək məlumatları bir-birilə əlaqələndirmək qabiliyyətidir. Bu əlaqələndirmə müxtəlif formalarda ola bilir. Məlumatlar, informasiyalar, faktlar arasında məntiqli əlaqələr yaradılır. Sonda beynin duyğu mərkəzindən üstün olan görüntü mərkəzi ilə əlaqə alınır. Bu daxili potensial beynə həkk edilir və hər hansı məsələdə gerçəkliyə şübhə qalmır. O başqa məsələdir ki, hər metodun öz işlənmə (tətbiq edilmə) yeri, məqamı olur. Önəmli olan düzgün vaxtda və yerdə hansı metodu doğru tətbiq etməkdədir. Azərbaycanda baş verən son yarıməsrlik bütün hadisələr bu qanunauyğunluğa və ya nəzəriyyəyə uyğun olub. Təfərrüata nə ehtiyac? İstəkli oxucular xəyal edib istənilən hadisələri beyinlərində, təsəvvürlərində, yaddaşlarında canlandırıb, xatırlaya, görə bilər.

...Türklər xətalarını anlayana qədər məhv ediləcək, əzab çəkəcək. 50-dən çox İslam dövləti öz işindədir. Vurulan isə türk... Əslində Azərbaycan və Türkiyə ərəb yəhudi məsələsinə qarışmamalıdır. Unutmaq olmaz millət ümmətdən öncə gəlir. İrana diqqət edin. Dövlət, millət (fars) marağını İslamdan üstün tutur. Qınamıram, anlayıram. Türklər xalqlarını iqtisadi-psixoloji-hərbi işgəncəyə məhkum etməkdən vaz keçməlidir. Əks halda təlafat çox olacaq. Təbiətdə olduğu kimi cəmiyyətlərdə də hər şey təsir və əks təsirdə ifadə olunur. Zərərli vərdişlərdən qurtulmağın ən kəsə yolu onu etməməkdir. Çünki vərdişi etməyəndə o korşalır.

QORXU

Qorxunun üzərinə müntəzəm getməklə sonda onu ram etmək mümkündür. Sadəcə qərarlı, israrlı, prinsipial olmaq yetər. XALQ MƏQSƏDYÖNLÜ OLMAYINCA ÖZ ƏLEYHİNƏ YAD MƏQSƏDLƏRİN XİDMƏTÇİSİ OLUR. Xalqın beyni gərəkli və gərəksiz məlumatları, hadisələri, işləri bir-birindən fərqləndirəcək qədər biliyə malik olmalıdır. Bu məqsədləri müəyyənləşdirib, aktivliyi şərtləndirən mühümlükdür. Bilmək uğur qazanmaq üçün əsasdır, yetərli deyil. Bilikləri gündəlik həyatda tətbiq etmək vacibdir. Xarakter taledir, ruhdur. Xarakter məqsədlərə, məqsədlər də xarakterə uyğun gəlməlidir. Xalqı sındırmaq üçün onu ruhundan vurarlar ki, ruhdan düşsün. Bunu özünü tanıyanlar bilər. Çünki özünü tanımayanların analiz qabiliyyəti yetərsiz olur.

Biliyi özəlləşdirmək çətindir. O bəşəriyyətin malıdır. Küçələr xalqa məxsus olan kimi... Uzaq Azərbaycandan...

Köklü istəklərə əsaslanan hədəflərin, amalların güclü səbəbləri olur. Xalqı hərəkətə gətirən də həmin səbəblərdir. Əcaibdir! Səbəblər çox, məqsədlər aydın, amma xalqın beyni həmin haqlı, qanuni, təbii məqsədləri gerçəkləşdirməyə istiqamətlənmir. Xalq düşünür ki, hərəkətə keçmək üçün guya heç bir imkanı yoxdur. XALQ UNUDUR Kİ, HƏR ŞEYİ QAZANMAQ ÜÇÜN ONUN KÜTLƏVİ BEYNİ VAR. Sadəcə xalq ağlını məqsədləri üçün istifadə etmir. Əvəzində həmin xalq öz beynini boş-boş şeylərə sərf edib, illər uzunudur ki, öz enerjisini və zamanını, taleyini, keçmişini, indisini, gələcəyini itirməklə məşğuldur. O beynini kiçik də olsa uğurlarla, lazımi biliklərlə qidalandırmır. İmkanları sonsuz olan öz beyninin axtarış sistemlərindən istifadə etmir. Anlamır ki, uğur uğrunda mübarizə ciddi qərarlar tələb edir. Tərəddüd edənlər isə yarı yolda qalır. Nələri etməklə-nələri etməmək arasındakı fərqləri bilmir və ya bilməyə çalışmır. Nə uğur untizamı var, nə qayda-qanun, haqq naminə ciddi tələbləri....

Xalq - özünü iradəsinin sahibi olmağa məcbur edə bilmir. Bilmir ki, bütün problemlərinin çarəsi yalnız və yalnız özüdür, özü! Bu xalq özünü tanımır. Potensial imkanlarını dəyərləndirmir. Ona görə də məqsədləri olmayanların məqsədləri olanların quluna çevrildiyinin dərinliyini də anlamır.

Kamyu gözəl deyib: “Siyasətlə maraqlanmırsansa, o səninlə mütləq maraqlanacaq. Və incimə hara buyrulacaqsansa, ora gedəcəksən”.

Təbii ki, ağzında maska, vaksin növbəsində də duracaqsan. Çünki şüurunun işğal altında olduğunu da dərk eləmirsən.

Bəli, maddiyyata təslimiyyət ictimai davranışlara böyük təsir göstərir. Əslində xalq fizika qanunlarını da pozur. Əks təsir göstərmir.

İNSANLAR İNSANLIQ GÖRƏVİNİ, MƏSULİYYƏTLƏRİNİ TƏRGİDİRLƏR...

Azərbaycanda siqareti tərgitmək insanlıq görəvini tərgitməkdən qat-qat və kütləvicə çətin hala gəlib... Xalq qadir olduğundan az iş görməklə öz mənliyini, ləyaqətini aşağı səviyyədə tutmuş olur. Aşağı heysiyyət isə uğur, inkişaf yolunda əyləc (tormozlama) rolunu oynayır. Xalq özünü ruhlandırmır, motivasiyasını itirib. Əvəzində itkilərin, məhrumiyyətlərin, meqativlərin ağrıları ilə sızlayıb, elə hey şikayətlənməyə vərdiş edib. Nə itkiləri azaltmağa müdaxilə var, nə şikayətlərdən bezməyə həvəs.

ÜMÜMXALQ FƏALİYYƏT TƏŞKİLATLANMIR

Təşkilatlanmayan xalq isə xarici-daxili əleyhdarları ilə sadəcə kor döyüşü, ağız savaşı, qeybət-qarğış davası aparar.

Xalq - yalan, alçaqlıq, paxıllıq, tamahkarlıq, xəbislik və digər mənfi düşüncələr, xislətlər kimi bəyənilməz neqativ hallardan azad olmayınca rahat nəfəs ala bilməz, təşkilatlanmaz. Təşkilatlanmayan xalqı da məhv etmək asandır və görmək istəməyən qədər kor olmur.

QƏLƏBƏ İLƏ MƏĞLUB OLMAQ ƏCAİBDİR

 Azərbaycan böyük xalqdır, cəhaləti ondan böyük. Azərbaycan xalqı əksəriyyətcə qurban zehniyyətinin daşıyıcılarından ibarətdir. Anlamırlar ki, problemlərin həllindən nə qədər çox qaçsalar, o problemlər nəinki ağırlaşacaq, həm də yenilərini doğuraraq üstünə gələcək. İşlər yaxşı getmirsə, bu, hal yalnız hərəkətə keçməyin vacibliyinin əlaməti olur. Heyf, xalq özünü sorğulama qabiliyyətini, məntiqli düşüncə tərzini itirib. Əslində xalq özünü sorğulamalıdır ki, düşdüyü duruma görə başqalarını da soruğulamaq iddiasını gücləndirsin. ANALARA BAXIN, GÖZLƏRİ NƏMLİ, ÜRƏKLƏRİ QƏMLİ... Hansı oğulluqdan danışırsınız? Xalq siyasətə qarışmadığına görə polis siyasətə qarışır. Diqqət edin, Azərbaycana qarşı neçə cəbhə açılıb?

İnciməsinlər müxalifətçilər, onlar baş verənlərə sözlü münasibətlərilə mətinlərdə orfoqrafik və sair xətaları tutan korrektorlara bənzəyir. Bu, Elçibəy mirasıdır, müxalifətçiliyin imitasiyası... Əcaiblik çoxdur, xalqı qan ağlayan şair Xalq şairi adını gözünə təpir. Ümumən Azərbaycan ədəbiyyatının siması simasızdır. Mənəvi intellektual bütövlüyünü alver predmetrinə çevirən şair-yazıçı jurnalistlərdən danışmağa da ehtiyac yoxdur. Mətbuat göz önündədir. Çoxu düşünür ki, qoy sərt küləklər köklü-köməcli ağacları vurub yıxsın. Biz isə otlar kimi əyilib külək kəsəndən sonra özümüzü düzəldərək var olarıq. Bax, məncə dünyada nəinki misli, heç bənzəri də olmayan dəhşətüstü Tərtər hadisələrinə əsas yaradan öncül səbəblərdən biri də qismən istisnalarla ziyalıların öz vicdanlarına xəyanətləridir. Qalan səbəbləri uzun-uzadı sıralamaq istəmirəm, aydındır. Hardan baxılırsa-baxılsın, Tərtər hasidələri tək Azərbaycan-türk deyil, həmçinin, dünya orduları üçün betərin betəri nümunəsidir.

Seksual-paranoy, mazoxist-sadist patalogiyalar silsiləsi... Bəşəriyyətin insan növünə qarşı orduda törədilmiş silsilə nadir xəyanət. Senarri müəllifləri kimlər, çoxsaylı icraçılar kimlər? Məhkum edilməsə bu hal dünya ordularında da baş verəcək. 3-4 il keçməsinə baxmayaraq bu hadisənin üzə çıxması əslində Dünya İdarəçiliyinin bunu ört-basdır etmək istəməzliyinin təsdiqidir. Bu Azərbaycanın iç məsələsi sayıla bilməz. Bu Dünya İdarəçiliyini nüfuzunu baltalayan məsələdir və məhkum ediləcək.

Yeri gəlmişkən sağ qalan işgəncədən keçmiş əsgərlər, zabitlər deyir ki, əllərimiz, göslərimiz bağlı idi işgəncə prosesində... AMMA: Neçə ildir ki, gözləriniz də açıq, əlləriniz də. Ey 2000-ə qədər əsgər, sizə peyğəmbərlərin buyruğunu xatırladıram: “Qisas həyatdır!” Unutmayın, bağışlanmaz xəyanətləri bağışlamaq bağışlanmaz xəyanətdir. Tərtər hadisələri qorxuyaratma strategiyasının tərkib hissəsi olduğuna görə bu, düşünülmüş sındırma planıdır. Orduya qarşı çevrildiyinə görə bu dövlətə, xalqa, Vətənə xəyanətdir. İşgəncənin təsəvvürə gəlməz növünə görə isə bəşəriyyətə qarşı çevrilmişdir. Bütün dünya Tərtər hadisələrinin əsl mahiyyətini anlayıb, insanlığın düşmənlərinə qarşı ayağa qalxmalıdır. Əks halda bəşəriyyəti nəzarət altına alınmayacaq xaos bürüyəcək. Çünki, öncə Dünya İdarəçiliyinə qarşı inamsızlıq şiddətlənəcək.

O başqa məsələdir ki, şəxsən mən dünyanın qorxaqlardan və s. artıq yükdən təmizlənməsinin tərəfdarlarındanam. Vladimir Putinin uzaqgörənliyini də unutmuram: “TƏDBİR GÖRÜLMƏSƏ, DÜNYA ÇİN DİLİNDƏ DANIŞACAQ”

Baxmayaraq ki, Azərbaycanda vəziyyət ruscadır.

Bu dünyada hər nə ki, var oyundur,

Demirəm ki, anlamayan qoyundur.

P.S.  Söyüşə lap əvvəldən “Təzadlar”da fərqli yazılarla qarşı çıxdığıma görə ümumilər içində bu yazı müəllifinin də var-yoxuna söyən nadanları dinlədim. Və deyirəm: Mənim itkilərim çoxdur, tək qalmışam, var-yoxum torpağın altındadır. Sümükləri sizinkiləri ağrıdar. İkincisi də söyüş radiasiya yaradır. Kişi olan kəs qadına söyməz. Beyin söyüşü, neqativləri yetərincə qəbul eləmir. İmkanınız var, amma ağlınız da varsa imkanlarınızı analizə çevirin. Xalq xəstədir. Ona müalicə və təşkilatlanma yollarını göstərin.