booked.netbooked.net booked.net  

Milli Məclisdə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə dinləmə keçiriləcək.

Bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Qeyd edilib ki, komitədə sessiya müddətində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin və aparatının, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələr təşkil ediləcək, diffamasiya ilə bağlı məsələlər müzakirə ediləcək.

Eyni zamanda, sessiya müddətində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi komitənin iş planına daxil edilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN