Bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı- publisist, "Olaylar" İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuzun "Uçurum" adlı  romanının təqdimatı keçirilib.

 Azərbaycan Gömrük Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş "Uçurum" romanının təqdimatında  millət vəkilləri, media rəhbərləri, şair-yazıçılar iştirak ediblər. Tədbirin açılışını filologiya elmləri doktoru, akademik, millət vəkili Nizami Cəfərov edib.
 "525-ci  qəzet" in  baş  redaktoru Rəşad Məcid, millət  vəkilləri Sabir Rüstəmxanlı, Aqil Abbas, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova, yazıçı Elçin Hüseynbəyli, Mətbuat Şurasının  sədri  Əflatun Amaşov,  yazıçı  Abid Tahirli, AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı və başqa ziyalılar kitab haqqında fikirlərini bildirib, ərsəyə gətirdiyi üçün Yunus Oğuza təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda Azərbaycan Gömrük Komitəsi tərəfindən yazıçıya hədiyyə təqdim edilib. Həmçinin, yazıçı tədbir iştirakçılarına "Uçurum" romanını hədiyyə edib.

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA