booked.netbooked.net booked.net  

…Kimin ağlına gələrdi ki, ilin-günün bu vaxtında Ermənistanın paytaxtı İrəvan küçələrində Atarükün portreti və Türkiyənin bayrağı seyrangaha çıxar…

Bəli, bəzən ağla gəlməyən başa gəlir. İndi bu hadisə başsız Ermənistanın və ermənilərin başına gəlir. Ona görə də şokdadırlar.

Tanınmış jurnalist-rolitoloq İbrahim Nəbioğlu bu barədə maraqlı status və foto paylaşıb. O, yazır: «Ermənilər dəliyə dönüblər. İrəvan küçələrindən Türk tırı keçir. Maşının arxasında Atatürk, Türk Bayrağı və İstanbulu fəth edən Fatih Sultan Mehmedin at üstündəki şəkilləri var... Erməni teleqram kanallarında vay-şivən qaldıran tigranoidlər bu cür simvolikası olan avtomobillərin ölkəyə girişinə icazə verilməməsini tələb edirlər. Ancaq demirlər ki, bu hələ harasıdır – əsil mərəkə hələ qarşıdadır!».

Bəli, ağlı başında olmayan, «Böyük Ermənistan» xəyalları ilə xumarlanaraq Rusiyanın, Fransanın, ABŞ-ın… dəstəyinə güvənib yüz illər boyu Türkiyəyə və Azərbaycana işğalçı gözü ilə baxan ermənilər indi İrəvan küçələrində Türkiyənin dövlət atributlarını görəndə niyə də havalanmasınlar. Bir azdan İrəvan küçələrində həm də Azərbaycan bayrağının və dövlət simvollarının daşıyıcılarını görəndə yəqinki Ermənistanın psixi xəstələr üçün olan xəstəxanalarında yer də tapılmayacaq… Bu hələ harasıdır…

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN