"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 43 000 hərbçisi məhv edilib".

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 846 tank, 4 100 zirehli döyüş maşını, 974 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 134 hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 772 PUA, 185 qanadlı raket, 15 gəmi, 3 018 avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

E.ŞİRİNOV