Paytaxtda avtomobillə moped toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 12-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun sürdüyü moped toqquşub.

Qəza nəticəsində Q.Əhmədov hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA