Xaçmaz rayonunda bıçaqlanma baş verib.

Hadisə Ağtala kəndində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İlyasov Əfşan Ələkbər oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.