Samux rayonunda əmisini və onu iki oğlunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata görə, Vüqar Səfərov Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Hadisənin təsərrüfatı suvarmaq üstündə baş verən mübahisənin səbəb olduğu bildirilir.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Samux rayonunda qohumlar arasında dava baş verib.

Məlumata görə, hadisə Tatlı kəndində qeydə alınıb.

Belə ki, qohumlar arasında yaranmış mübahisə zəminində 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu və onun iki oğlu - 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisəni törədən şəxs M.Səfərovun əmisi oğludur.

Faktla bağlı araşdırma aparılır.