Fransanın xarici işlər naziri Ketrin Kolonna Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşlərdə Ukraynaya yardım yükü olan gəmi göndərilməsi məsələsini müzakirə etməyi planlaşdırır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində bildirilib.

"Səfər zamanı nazir ukraynalı həmkarı Kuleba və prezident Zelenski ilə görüşəcək", - məlumatda deyilir.

O, Fransanın Ukraynaya dəstəyi gücləndirmək və xüsusilə Marseldən 1000 ton yardım daşıyan gəmi göndərmək planları barədə məlumat verib.

E.ŞİRİNOV