Genişmiqyaslı hücumların başlanğıcından bəri Ukrayna qoşunları artıq 60,1 mindən çox rus döyüşçüsünü məhv edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən rusların ümumi döyüş itkiləri təqribən 60 110 nəfər təşkil edib, son sutka ərzində daha 500-ə yaxın döyüşçü məhv edilib.

Bundan əlavə, rusların itkiləri:

tanklar - 2 377 (son sutkada 23);

zirehli döyüş maşınları - 4 975 (gündə 26);

artilleriya sistemləri - 1405 artilleriya sistemi (gündə 8);

çoxsaylı buraxılış raket sistemləri - 337 (gündə 1);

hava hücumundan müdafiə vasitələri - 176;

təyyarə - 264;

hedikopterlər - 227 (gündə 1);

əməliyyat-taktiki səviyyəli pilotsuz təyyarələr - 1015 (gündə 6);

qanadlı raketlər - 246;

gəmilər/qayıqlar - 15;

avtomobil avadanlığı və tankerlər - 3796 ədəd (gündə 10 ədəd);

xüsusi texnika - 131 ədəd.

Qeyd olunur ki, ruslar son sutka ərzində ən böyük itkini Kramatorsk və Baxmut istiqamətlərində verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA