booked.netbooked.net booked.net  

Avropa İttifaqı (Aİ) ölkələri həqiqəti dərk etməli və Şimal axını insidentləri ilə bağlı müttəfiqlər tərəfindən xəyanətə məruz qaldıqlarını etiraf etməli olacaqlar.

Bu barədə özünün Telegram kanalında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb.

Diplomat Rusiya baş nazirinin müavini Aleksandr Novakın Rusiyanın zədələnməmiş "Şimal axını 2" boru kəməri ilə qaz tədarük etməyə hazır olması barədə bəyanatına diqqət çəkib.

"Və bundan sonra kimsə təxribatın arxasında ölkəmizin dayandığını deməyə cəsarət edəcək? Mən başa düşürəm ki, həqiqəti dərk etmək çox çətindir. Amma nə vaxtsa Aİ ölkələri bunu etməli və müttəfiqlər tərəfindən xəyanət etdiklərini etiraf etməli olacaqlar", - deyə o bildirib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN