Dağıstanın rəhbəri Sergey Melikov Rusiya Qəhrəmanı Rüstəm Muradovun Şərq Hərbi Dairəsinin komandiri təyin edildiyini açıqlayıb.

Bu barədə o, cümə günü Teleqram kanalında yazıb.

“Həmyerlimiz, Rusiya Qəhrəmanı Rüstəm Usmanoviç Muradov ölkənin ən qüdrətli hərbi dairələrindən biri olan Şərq Hərbi Dairəsinin komandiri təyin edilib”, - deyə Melikov yazıb.

Kremlin mətbuat xidməti hələlik müvafiq fərmanın imzalandığını açıqlamayıb.

E.ŞİRİNOV